15 C
Baku
Tuesday, September 27, 2022

Tramp Əfqanıstana yeni səfir təyin edib

ABŞ prezidenti Donald Tramp Əfqanıstana yeni səfir təyin edib. Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib.

Nəşrin verdiyi məlumata görə, yeni səfir vəzifəsini xarici siyasət üzrə ekspert və prezidentin ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması proqramının tərəfdarı Uilyam Ruger olacaq.

Əfqan hakimiyyət orqanlarına qarşıdakı kadr dəyişikliyi ilə bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, hazırda ABŞ-ın Əfqanıstandakı səfiri Ross Uilsondur.

Bu il fevral ayının sonunda ABŞ və radikal “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibədə ilk dəfə sülh müqaviləsi imzalayıb.

Razılaşmaya əsasən, Amerika qoşunları müqavilə bağlandıqdan 14 ay sonra Əfqanıstandan çıxmalıdır. Hazırda NATO əsgərləri Əfqanıstan ərazisində yerləşən beş bazanı tərk ediblər.

Son xəbərlər
Oxşar xəbərlər