ABŞ-ın keçmiş prezidenti, respublikaçı Donald Tramp Ağ Evin hazırkı rəhbəri, demokrat Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.
TASS xəbər verir ki, o, Baydenin etdiyi hərəkətlərin ölkə tarixində ən böyük məğlubiyyətlərdən biri kimi tarixə düşəcəyini bildirib.
“Co Baydenin Əfqanıstanla bağlı etdikləri – bir əfsanədir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq”, – deyə Trampın yaydığı açıqlamada qeyd olunub.







