18 C
Baku
Wednesday, April 24, 2024

Tramp: “Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni “böyük problemlər” gözləyir”

Türkiyənin Suriyanın şimalında başladığı hərbi əməliyyatların fəsadları sanksiyalardan daha ağır ola bilər.

Banker.az xəbər verir ki, “ABC News”-un verdiyi məlumata görə, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Əgər bu baş versə, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm. Bir dəfə bunu etmişdim. Ümid edirəm ki, o (Ərdoğan) əməliyyatı mümkün qədər insani şəkildə aparacaq”, – prezident qeyd edir.

Donald Tramp əlavə olaraq bildirib ki, cəza tədbirləri “sanksiyalardan daha ağır” olacaqdır.

Ankaraya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin müəllifləri Demokratik Partiyasının senatoru Kris Van Hollen və respublikaçı Lindsi Grem olmuşdur.

Daha əvvəl Donald Tramp Suriya ərazisində təxminən 50 min hərbiçinin olduğunu söyləmişdi.

“Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni “böyük problemlər” gözləyir”, – Tramp.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 8 oktyabrda Suriyanın şimal-şərqində təhlükəsiz zona yaratmaq üçün “Sülh mənbəyi” əməliyyatının başladığını elan etmişdir. Əməliyyat kürdlərin “Özünümüdafiə bölmələri” nə və İslam Dövlətinə qarşı yönəldilmişdir. Vaşinqton, ABŞ-ın əməliyyatda iştirak etməyəcəyini və ya heç bir şəkildə bu əməliyyatda vasitəçilik etməyəcəyini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər