Tramp Ərdoğana zəng edib

0
ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
 

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.

Bu barədə “The Hill” nəşri vitse-prezident Mayk Pensə istinadən məlumat yayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

M.Pensin sözlərinə görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Tramp rəsmi Ankaradan, çox sayda kürdün yaşadığı Kobani şəhərinə hücum etməyəcəyinə dair “möhkəm bir öhdəlik” alıb.

Vitse-prezident Türkiyəyə qarşı yeni elan edilmiş sanksiyaların təcili atəşkəs elan edilənə, hücuma son qoyulana və Suriya ilə sərhəd boyunca uzunmüddətli bir həll mövzusunda razılaşma əldə olunana qədər qüvvədə qalacağını və ya daha da pisləşəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin 9 oktyabrda Suriyanın şimalında başladığı “Sülh Çeşməsi hərəkatı”na görə bu ölkənin Milli Müdafiə və Energetika nazirliklərinə, eləcə də Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməzə qarşı sanksiya tətbiq edib.