13 C
Baku
Friday, April 26, 2024

Tramp Ər-Riyadın Xaşkaci işi üzrə izahatından məmnun deyil

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşkacinin öldürülməsi ilə bağlı izahatından məmnun deyil.

Banker.az-ın  Trend-ə istinadən məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.

D.Tramp deyib: “Mən eşitdiyimdən məmnun deyiləm… Lakin mən bizim ölkəyə edilən bütün bu investisiyaları itirmək istəmirəm. Mən bir milyon iş yerini itirmək istəmirəm, mən 110 milyard dollar investisiyanı itirmək istəmirəm”.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi X.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər