ABŞ prezidenti Donald Tramp sentyabrın 17-dən 19-dək Böyük Britaniyaya rəsmi səfər edəcək, “Associated Press” xəbər verir. Qeyd edək ki, indiyə kimi heç bir ABŞ prezidenti ikinci dəfə Britaniyaya dövlət səfərinə dəvət edilməyib.
ABŞ prezidentini kral III Çarlz və Kraliça Kamilla Vindzor qəsrində qəbul edəcək, cənab Trampın özü isə xanımı Melaniya Trampla birlikdə gələcək. Trampı kinci dövlət səfəri üçün Britaniyanın Baş naziri Key Starmer dəvət edib.
İki prezidentliyi dövründə Donald Tramp yalnız bir dəfə — 2019-cu ildə Böyük Britaniyaya rəsmi səfər edib və burada Kraliça II Yelizaveta ilə görüşüb.