13 C
Baku
Friday, March 29, 2024

Tramp 2016-cı il seçkilərindəki qanun pozuntularına görə $2 mln. cərimələnəcək

Tramp 2016-cı il seçkilərindəki qanun pozuntularına görə $2 mln. cərimələnəcək

ABŞ prezidenti Donald Tramp, 2016-cı il seçki kampaniyası zamanı “Trump Foundation” fondunun vəsaitlərindən “sui-istifadə” etdiyinə görə 2 milyon dollar cərimə ödəyəcək.  

Nyu-York ştatının Ali Məhkəməsi, Donald Trampa qarşı cərimə cəzasının tətbiq edilməsi qərarını 2018-ci ilin iyun ayında Barbara Andervudun qaldırdığı iddia əsasında qəbul edib. Müvafiq rəsmi açıqlama Nyu-York ştatının baş prokurorluğunun saytında dərc edilin.

İddia “Trump Foundation” xeyriyyə fondunun rəhbərliyinə qarşı qaldırılıb (Donald Tramp, Donald Tramp (kiçik), İvanka Tramp və Erik Tramp).

Qeyd edildiyi kimi, ümumilikdə “Trump Foundation” fondundan 2016-cı il seçki kampaniyası zamanı 2,8 milyon dollar xərclənib.

2018-ci ildə məhkəmə iddiası qaldırıldıqdan bir müddət sonra Tramp fondu bağlamağa razı olub.

Son xəbərlər
Digər xəbərlər