ABŞ prezidenti Donald Tramp, 2020-ci il seçki kampaniyasının şüarının nə olacağını söyləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
O vurğulayıb ki, “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) ifadəsi də kifayət qədər uğurlu olmuşdur.
“Mən düşünürəm ki, bu, Keep America Great olacaqdır (Amerikanı böyük saxlayaq)”, – deyə Trump Milli Respublika Konqresinin Komitəsinə verdiyi açıqlamada bildirib.
Sonra isə Amerikanın lideri hansı ifadənin daha yaxşı olduğunu müəyyən etmək məqsədilə səsvermə keçirib. Səsvermə nəticəsində insanlar arasında fikir ayrılığı olduğu məlum olmuşdur. Belə halda ABŞ-ın prezidenti ehtimal ki, hər iki şüardan istifadə edəcəyini söyləyib, çünki əvvəlki kampaniyada qalib gələn şüarını itirmək istəmirdi.