ABŞ-ın hazırkı prezidenti Donald Tramp müşavirinə 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırdığını söyləyib.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə iki mənbəyə istinadən “Axios” məlumat verib.
Xatırladaq ki, Tramp 2020-ci il prezident seçkilərində rəqibi demokrat Co Baydenin zəfəri barədə vaxtından əvvəl xəbər verildiyini söyləmişdir: onun fikrincə, səsvermə zamanı saxtakarlığa yol verilib.
Ekspertlərin sözlərinə görə, Trampın öz müşaviri ilə 2024-cü il prezident seçkilərində iştirak edəcəyini müzakirə etməsi, bu ilki seçkilərdə məğlub olmasından xəbər verir.
Xatırladaq ki, ABŞ prezident seçkilərində Co Baydenin qalib olması barədə məlumat noyabrın 7-də yayılıb. CNN-nin bildirdiyi kimi, o, 279 səs toplayıb.