4 C
Baku
Thursday, January 22, 2026

Tramp 2028-ci il prezident seçkilərində mümkün varislərinin adını açıqlayıb

Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq və onun siyasi irsini davam etdirə biləcək şəxsləri açıqlayıb. O, bu barədə “NewsNation” telekanalına verdiyi müsahibədə deyib.

“Bizim, şübhəsiz ki, yaxşı namizədlər siyahımız var. Çox istedadlı insanlar var”, — deyə Tramp qeyd edib.

O, vitse-prezident Cey Di Vensi, dövlət katibi Marko Rubionu və maliyyə naziri Skott Bessenti xüsusi qeyd edib.

Daha əvvəl Tramp Vensin gələcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi olmasının “ən ehtimallı” variant olduğunu istisna etməmişdi. “Aydındır ki, bu barədə danışmaq hələ tezdir, amma o, əla iş görür və hazırda böyük ehtimalla favoritdir”, — deyə Tramp söyləyib. O, həmçinin Rubionun “hər hansı formada Cey Di ilə birlikdə çıxış edə biləcəyini” də mümkün sayıb.

Donald Tramp ilk dəfə 2016-cı ildə ABŞ prezidenti seçilib. 2020-ci ildə seçkilərdə Co Baydenə uduzsa da, 2024-cü ildə yenidən qalib gəlib. ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş bir şəxsin prezident postunu iki dəfədən artıq tutmasını qadağan edir. Tramp ötən ilin oktyabrında 2028-ci ildə vitse-prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər