Tramp 26 iyun tarixində böyük mitinq keçirəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 26 iyun tarixində Ohayo ştatında böyük mitinq keçirəcəyini açıqlayıb. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının sabiq rəhbərinin bəyanatında deyilir.

“ABŞ-ın 45-ci prezidenti Donald Tramp 26 iyun şənbə günü Ohayo ştatının Vellinqton şəhərində böyük bir mitinq keçirəcək”, – deyə mesajda bildirilir.

Qeyd edildiyi kimi, bu dəfə “Save America” (“Amerikanı xilas et”) komitəsi respublikaçıları dəstəkləyəcək. Qarşıdakı tədbirin məqsədi gələn il Ohayo ştatından ABŞ Nümayəndələr Palatasına seçilməyi planlaşdıran respublikaçı Maks Millerə dəstək olmaq olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.