ABŞ prezidenti Donald Tramp yanvarın 29-da yerli vaxtla saat 04:30-da (30 yanvar Bakı vaxtı ilə 01:30) Ağ Evin Oval kabinetindən bəyanatla çıxış edəcək. Bu, onun rəsmi iş qrafikindən məlumdur.
Bundan əvvəl, Bakı vaxtı ilə saat 19:00-da Tramp üçün kəşfiyyat məsələlərinə həsr olunmuş qapalı brifinq planlaşdırılıb. Saat 20:00-da isə prezident Nazirlər Kabinetinin iclasını keçirəcək.
CNN mənbələrə istinadən yazır ki, Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqlar nəticə vermədikdən sonra Tramp İrana qarşı yeni genişmiqyaslı zərbə endirmək imkanını nəzərdən keçirir.
CNN-in qeydinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu yanvarın 26-da Hind okeanına daxil olub və İrana doğru yaxınlaşır. Qrup həm mümkün zərbə əməliyyatlarını dəstəkləmək, həm də İranın ehtimal olunan cavab zərbələrindən regional müttəfiqləri qorumaq baxımından istifadə oluna bilər.







