“Yaxın 4 gün ərzində Konqresin binasına hücuma görə məni həbs gözləyir”.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, yaxın 4 gündə onu Kapitoliyaya hücum işində ittiham edərək, həbs edə bilərlər.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın 45-ci prezidenti Donald Trampın məğlub olduğu 2020-ci il prezident seçkisinin nəticələrini ləğv etmək cəhdlərini dəstəkləyən etirazçılar Kapitoliyaya hücum ediblər. Cozef Bayden həmin siyasi kampaniyanın qalibi olub.