ABŞ prezidenti Donald Tramp, 2018-ci ildə 5 milyon dolları aşan bir məbləğdə ipoteka krediti götürüb. Bu məlumat dövlət başçısının maliyyə hesabatından götürülüb.
Banker.az xəbər verir ki, maliyyə hesabatında “ipoteka krediti” sütunu var, orada 5-25 milyon dollar aralığında olar bir məbləğ göstərilir. Bununla yanaşı, sənəddə bağlanmış müqavilələrin sayı, prezidentin bu pulla ala biləcəyi daşınmaz əmlak haqqında heç bir məlumat göstərilməyib.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Tramp ipoteka kreditini 30 il müddətinə götürüb. Prezident Mar-o-Laqo kurortun yaxınlığında yerləşən ev almaq istəyir.
Söhbət ötən ilin may ayında Trampın öz bacılarının birindən aldığı evdən gedir. Evin qiyməti orta hesabla 18,5 milyon dollar təşkil edir. Bu evin alınması üçün ipoteka kreditinin məbləği illik 4,5% faiz dərəcəsi ilə 11,2 milyon dollar təşkil etmişdir.
Eyni zamanda, Trampın payına düşən ipoteka kreditinin məbləğini dəqiqləşdirmək mümkün deyil, çünki bu məlumat prezidentin vergi bəyannaməsində dərc edilmir. Tramp prezident vəzifəsində olduğundan, bütün əməliyyatlar onun oğulları Erik və Donald Tramp (kiçik oğul) tərəfindən həyata keçiriləcək.