1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Tramp ABŞ-a immiqrasiyanı 2 ay müddətinə dayandıracaq

ABŞ prezidenti Donald Tramp, ABŞ-a immiqrasiyanı 60 gün müddətinə dayandıracağını bildirib.

Baker.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Prezidentin sözlərinə görə, bu, koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən iş yerini itirən Amerika işçilərini qorumağa kömək edəcək.

“İmmiqrasiyanın dayandırılması işsiz amerikalılara növbədə ilk sırada olmağa imkan verəcək. Məncə, virusun yayılmasına görə boş qalan iş yerlərini xaricilər tərəfindən tutulması ədalətsiz olar”, – deyə Tramp Ağ Evdə keçirilən brifinqdə bildirib.

Qeyd edildiyi kimi, iki ay başa çatandan sonra ölkənin iqtisadi vəziyyəti yenidən qiymətləndiriləcək və bundan sonra müvafiq qərar qəbul ediləcək.

Son xəbərlər
Oxşar xəbərlər