32 C
Baku
Saturday, July 19, 2025

Tramp: ABŞ BRICS-i dəstəkləyən ölkələrə 10% rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən ölkələrə 10% əlavə ticarət rüsumunun tətbiq ediləcəyini bildirib. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

“BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə 10% əlavə rüsumlara məruz qalacaq. Heç bir istisna olmayacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, hal-hazırda BRICS-ə 10 ölkə üzvdür: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Efiopiya, Misir və İndoneziya.

BRICS sammiti Braziliyanın sədrliyi ilə 6-7 iyul tarixlərində Rio-de-Janeyroda keçirilir. İştirakçı dövlətlər Ukrayna, İran-İsrail və Fələstin-İsrail münaqişələri ilə bağlı bəyanatlar verib, beynəlxalq institutlarda islahatlara çağırıb və kosmik silahlanma yarışına qarşı çıxış ediblər.

Son xəbərlər
Digər xəbərlər