11 C
Baku
Saturday, April 19, 2025

Tramp ABŞ-də azad ticarətin olmadığını bildirib

ABŞ-nin Prezidenti Donald Tramp ölkəsində azad ticarətin olmadığını bəyan edib.

Tramp bu fikri “Truth Social” sosial şəbəkəsində paylaşımında bildirib.

“ABŞ-də azad ticarət yoxdur. Bizim səfeh ticarətimiz var. Bütün dünya bizi soyur!” – deyə o yazıb.

Qeyd edək ki, Tramp daha əvvəl Avropa İttifaqının Amerika viskisinə 50% rüsum tətbiq etməsinə etiraz edərək, ABŞ-nin Avropa ölkələrindən şərab, şampan və digər spirtli içkilərə 200% rüsum tətbiq edəcəyi ilə hədələmişdi.

Martın 13-də isə Trampın xaricdən, o cümlədən Avropa İttifaqından idxal edilən bütün polad və alüminium məhsullarına 25% rüsum tətbiq edən fərmanı qüvvəyə minib. Buna cavab olaraq Avropa Komissiyası ABŞ-nin 26 milyard avroluq ixracatına qarşı əks tədbirlər hazırlayır. Gözlənildiyinə görə, bu rüsumlar aprelin ortalarında qüvvəyə minə bilər.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər