5 C
Baku
Thursday, January 22, 2026

Tramp ABŞ-də növbəti “şatdaun”un baş verə biləcəyini xəbərdar edib

ABŞ Prezidenti Donald Tramp Demokratik partiyadan olan konqres nümayəndələrinin ucbatından ölkədə növbəti şatdaunun (ABŞ hökumətinin bağlanması – Konqres və Prezident federal büdcə xərcləri barədə razılığa gələ bilmədikdə baş verən vəziyyət-red) baş verə biləcəyini xəbərdar edib.

Bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bizim problemimiz var, çünki böyük ehtimalla, sonunda yenidən demokratların ucbatından “şatdaun”a çıxacağıq, çünki bu, yeganə yoldur, başa düşürsünüz? Hökumətin işinin dayandırılması bizə baha başa gəldi və mən düşünürəm ki, onlar bunu yenidən edə bilərlər. Bu ürəyimə danıb”, – deyə Tramp bildirib.

O qeyd edib ki, əvvəlki bağlanma ölkənin iqtisadi göstəricilərinə mənfi təsir göstərib və onlara daha yüksək nəticələr əldə etməyə imkan verməyib.

Xatırladaq ki, ölkə tarixində ən uzunmüddətli şatdaunu ötən ilin noyabrında konqresin qəbul etdiyi müvafiq qətnamə sayəsində başa çatıb. Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş sənəd 2026-cı il yanvarın 30-dək maliyyələşməni təmin edir və 43 günlük fasilədən sonra federal qurumların fəaliyyətinin bərpasına imkan yaratdı.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər