Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.
RİA Novosti xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: “COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.
Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.