ABŞ prezidenti Donald Tramp, koronavirusa qarşı peyvəndin 2020-ci ilin dekabrından gec olmayaraq hazır olacağını söyləyib.
Banker.az bu barədə “Fox News”a istinadən məlumat verir.
“Düşünürəm ki, peyvəndi ilin sonuna qədər alacağıq”, – Tramp bildirir.
Onun sözlərinə görə, ABŞ-da peyvəndin prototiplərini könüllülər üzərində sınaqdan keçirmək zərurəti yoxdur, çünki “onlar bütün riskləri özləri bilirlər”.
Prezident əlavə olaraq bildirir ki, hal-hazırda ştatlar koronavirusun müalicəsində yeni dərmanların istifadəsinə icazə almağa çalışırlar.
Xatırladaq ki, 2019-cu il 31 dekabr tarixində Çin hökuməti Uhan şəhərində yeni koronavirus infeksiyasının yayıldığını elan edib. Martın 11-də Covid-19 pandemiyaya çevrilib.
Son məlumata görə, ABŞ-da koronavirus infeksiyasına 1,15 milyondan çox insan yoluxub.