Tramp ABŞ-da “TikTok”un fəaliyyətinə qadağa qoymaq istəyir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu açıqlayıb.

Bu barədə amerikalı lider Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

“Madam ki, “TikTok” mövzusuna toxunduq, biz onun işini ABŞ-da qadağan edirik”, – deyə Tramp qeyd edib.

Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları