13 C
Baku
Tuesday, October 22, 2024

Tramp: “ABŞ-ı növbəti Böyük depressiya gözləyir”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin iqtisadi problemlərinə görə hazırkı dövlət başçısı Co Baydeni günahlandırıb. Cənab Tramp hesab edir ki, gələcəkdə ABŞ yeni, daha güclü Böyük depressiya ilə üzləşəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“İqtisadiyyatımızda baş verənlərə əsaslanaraq deyə bilərəm ki, Co Bayden müasir dövrün Herbert Huveri (1929-1933-cü illərdə ABŞ prezidenti olub) olacaq. Bizi 1929-cu ildən daha pis Böyük depressiya gözləyir. Buna sübut – banklar artıq iflasa başlayıb”, – deyə Tramp söyləyib.

Martın 10-da Kaliforniya rəqəmsal tənzimləyicisi ABŞ-ın 16-cı ən böyük bankı “Silicon Valley Bank”ı (SVB) müflis elan edib. SVB-nin iflası 2008-ci il böhranından sonra ən böyük iflas olub.

Son xəbərlər
Digər xəbərlər