5 C
Baku
Saturday, December 14, 2024

Tramp, ABŞ-ın cənub qonşusuna mallarına 5% rüsum tətbiq edəcək

ABŞ Meksikadan idxal edilən mallara iyunun 10-dan 5 faiz rüsum tətbiq edəcək.

“TASS”a istinadən məlumata görə, bu barədə öz “Twitter” hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp bildirib: “İyunun 10-dan ABŞ bütün Meksika mallarına bizim ölkəyə qeyri-leqal miqrant axınının qarşısı alınana qədər 5 faiz rüsum tətbiq edəcək. Tariflər qeyri-leqal miqrasiya problemi aradan qaldırılana qədər yavaş-yavaş artırılacaq. Bu halda bütün tariflər aradan qaldırılacaq”.

Qeyd edək ki, hər il Meksikanın ərazisindən ABŞ-a yüzlərlə qeyri-leqal miqrant keçir.

Trend

Son xəbərlər
Digər xəbərlər