14 C
Baku
Wednesday, April 24, 2024

Tramp ABŞ-ın Meksika ilə sərhədini ziyarət edəcək: “Liderə ehtiyac var”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.

Bu barədə Tramp “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, səfərdə məqsəd sərhəddə xidmət aparan sərhədçilər, immiqrasiya və gömrük polisinə dəstək olmaqdı.

Keçmiş Prezident əlavə edib ki, sadaladığı qurumların əməkdaşlarının liderə ehtiyacı var: “Səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər. Biz burda danışırıq, hazırda minlərlə insan Meksikadan birbaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası son vaxtlar Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan insan axınının artması fonunda ciddi şəkildə tənqid olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər