ABŞ prezidenti Donald Tramp, ölkənin neft ehtiyatlarının bir hissəsini (15 milyon barel) satmağı planlaşdırır. Siyasətçinin sözlərinə görə, əldə edilən vəsait müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Xüsusilə, Kaliforniyadakı dəniz neft ehtiyatlarının bərpa edilməsinə.
Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, digər təkliflərdən fərqli olaraq, bu təklif ikitərəfli dəstək ala bilər: Respublikaçı və Demokrat partiyalarının nümayəndələri strateji neft ehtiyatının satışını dəstəkləyirlər. 2015 və 2018-ci ildə qəbul edilmiş qanunlara görə, bu plan 2020-ci və 2021-ci illərdə baş tutmalıdır.
Xatırladaq ki, ABŞ-ın bu gün sahib olduğu strateji neft ehtiyatları 40 il bundan əvvəl, ərəblərin neftin idxalına embarqo tətbiq etməsindən sonra yaradılmışdır. ABŞ neftdən asılı olduğunu başa düşərək, özünün neft ehtiyatını yaratmaq qərarına gəldi.
Bu gün ABŞ gündə 13 milyon barel neft istehsal edir və 6,6 milyon barel idxal edir. Son bir neçə il ərzində büdcədəki boşluqları doldurmaq və yeni qanun layihələrinə dəstək vermək məqsədilə neft ehtiyatlarının bir hissəsi satılmışdı.