10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Tramp ABŞ iqtisadiyyatına yarım trilyon dollar dövlət yardımını təsdiq edəcək

ABŞ-ın Nümayəndələr Palatası cümə axşamı günü iqtisadiyyata dəstək məqsədi ilə 484 milyard dollar dəyərində yeni tədbirlər haqqında qanun layihəsini təsdiqləyib.

BAnker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Qanunvericilər tərəfindən təsdiqlənən bu sənəd ABŞ prezidenti Donald Trampın təsdiqini gözləyir. Amerika lideri onu gecikmədən imzalayacağına söz verib. Qeyd edək ki, nəticədə ABŞ iqtisadiyyatında dövlət yardımı 3 trilyon dollara çatmış olacaq.

Kiçik müəssisələrə 600 milyard dollar dəyərində yardım ayrılacaq. 80 milyard dollardan çox amerikalılara stimullaşdırıcı ödənişlər şəklində veriləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ölkə iqtisadiyyatının avqustun sonlarında, koronavirus və onunla əlaqəli məhdudlaşdırıcı tədbirlərdən sonra bərpa olmağa başlayacağını proqnozlaşdırır.
Xatırladaq ki, Covid-19 virusuna yoluxanların sayına görə hal-hazırda ABŞ liderlik edir. Ölkədə 800 00 min nəfər yoluxub, 50 000 nəfər dünyasını dəyişib. Karantin rejimi 26 milyon amerikalını işindən məhrum edib.

Son xəbərlər
Oxşar xəbərlər