ABŞ İranla tarif və sanksiyaların yumşaldılması məsələsini müzakirə edir. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz İranla tarif və sanksiyaların yumşaldılmasını müzakirə edirik və edəcəyik. 15 bəndin bir çoxu artıq razılaşdırılıb”, — deyə Tramp Truth Social platformasında yazıb.







