17 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Tramp: ABŞ koronavirusun pik həddini artıq keçib

ABŞ prezidentinin sözlərinə görə, 16 apreldə səlahiyyətlilər koronavirus ilə əlaqəli tətbiq edilmiş məhdudiyyətlərin qaldırılmasına dair tövsiyələr barədə məlumat verəcəklər. Qeyd edək ki, ABŞ-ın bəzi ştatlarında aktiv fəaliyyət mayın 1-dən tez başlaya bilər.

Banker.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.

“Döyüş hələdə davam edir. Lakin mənim əldə etdiyim məlumata görə, ölkə koronavirus həddini artıq keçib. Biz bu barədə sabah (16 aprel) danışacağıq”, – Donald Tramp.

Qeyd edildiyi kimi, aprelin 16-da Donald Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Pompeo arasında görüş keçirilməlidir. Tərəflər mövcud vəziyyəti və məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə edəcəklər.

“Bütün ştatlarda vəziyyət fərqlidir. Bəzilərində daha az, bəzilərində isə daha çox problem var”, – prezident əlavə edir.
Xatırladaq ki, yeni koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu günədək ölkədə 634 min insan yoluxub, onlardan 27,9 min nəfər dünyasını dəyişib.

Son xəbərlər
Oxşar xəbərlər