0 C
Baku
Thursday, February 5, 2026

Tramp: ABŞ Kuba ilə danışıqlar aparır

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ administrasiyası Kuba hakimiyyəti ilə danışıqlara başlayıb. O, bunu adaya qarşı aktiv iqtisadi və siyasi təzyiqlərin başlanmasından bir neçə gün sonra açıqlayıb.

“Biz Kuba ilə danışıqlar aparırıq. Oraya getmək istəyən insanlar üçün ölkəni açmaq istəyirik”, — deyə cənab Tramp “NBC” kanalına müsahibəsində bildirib.

Yanvarın 30-da Donald Tramp ABŞ-də fövqəladə vəziyyət rejimi elan edib və rəsmi şəkildə Kubanı milli təhlükəsizliyə təhdid adlandırıb. O, adanı neftlə təmin edən ölkələrdən idxal olunan mallara rüsum tətbiq etməyə imkan verən sərəncam imzalayıb. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev ilin sonuna qədər Havanada hakimiyyət dəyişikliyinə nail olmaq istəyir.

Son xəbərlər
Digər xəbərlər