ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədən şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Pentaqonun xətti ilə 1,4 milyard dollar Vaşinqton ştatında akkumulyatorlarda istifadə olunan materialların istehsalı üzrə zavodun tikintisinə ayrılacaq.
Daha 400 milyon dollar Avstraliyada skandium hasilatına, 150 milyon dollar isə Minnesota ştatında nadir torpaq elementlərindən maqnitlərin istehsalı layihəsinə yönəldiləcək.
Bundan əlavə, Arizona ştatında mis hasilatı layihəsinin inkişafına 1 milyard dollar ayrılması nəzərdə tutulur.







