Tramp: ABŞ NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirəcək

ABŞ NATO çərçivəsində siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton alyansa böyük maliyyə vəsaiti ayırır, lakin müttəfiqlərin dəstəyi kifayət deyil.

Tramp xüsusilə İran məsələsində NATO ölkələrinin ABŞ-ı dəstəkləmədiyini vurğulayaraq bundan narazı olduğunu qeyd edib.

ABŞ prezidenti alyansın gələcəyi ilə bağlı qərarların yaxın zamanda dəyərləndiriləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər