8 C
Baku
Tuesday, January 21, 2025

Tramp ABŞ-nin digər ölkələrə yardımını 90 gün müddətinə dayandırıb

Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp ABŞ-nin digər ölkələrə bütün yardım proqramını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılacaq.

“AP” agentliyi qeyd edir ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, bütövlükdə ABŞ-nin xarici yardımı büdcənin 1%-dən az hissəsini təşkil edib. Bildirilir ki, Ukrayna müharibəsi başlayandan Kiyevə təxminən 66 milyard dollar vəsait ayrılıb.

ABŞ yardımının digər əsas alıcıları arasında İsrail (ildə 3.3 milyard dollar), Misir (ildə 1.5 milyard dollar) və İordaniyanın (illik 1.7 milyard dollar) adı çəkilir. Onlara yardım uzunmüddətli proqramlar çərçivəsində həyata keçirilir.

Bayden ümid edir ki, yeni prezident Ukraynaya dəstəyi dayandırmaq qərarına gəlsə, Konqres üzvləri buna etiraz edəcəklər. Yanvarın 9-da Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, əgər Qərb Ukraynaya dəstəyi dayandırmaq qərarına gəlsə, bu, dəlilik olar.

Son xəbərlər
Digər xəbərlər