10 C
Baku
Friday, January 9, 2026

Tramp: ABŞ-nin Venesuela üzərində nəzarəti bir ildən çox davam edə bilər

ABŞ Prezidenti Donald Trump bildirib ki, ölkəsinin Venesuela üzərində nəzarəti bir ildən xeyli artıq müddət davam edə bilər. Onun sözlərinə görə, bu prosesin nə qədər çəkəcəyini qiymətləndirmək üçün vaxt lazımdır. Tramp bu barədə “The New York Times” (NYT) qəzetinə müsahibəsində danışıb.

NYT-yə verdiyi açıqlamada Donald Tramp dəqiqləşdirib ki, ABŞ-nin nəzarəti Venesuela neftinin satışına, onun qiymətlərinin aşağı salınmasına, eləcə də respublikanın “uzun illər ərzində” maliyyələşdirilməsinə şamil olunacaq. ABŞ prezidenti həmçinin Venesuelanın müvəqqəti hökumətinin mövqeyini “uyğunlaşan” kimi xarakterizə edib. Onun sözlərinə görə, müvəqqəti hökumət (Nikolas Maduronun ələ keçirilməsindən sonra Delsi Rodrigez ölkənin müvəqqəti prezidenti vəzifəsini icra etməyə başlayıb) ABŞ-yə ölkənin “zəruri hesab etdiyi hər şeyi” verir.

Yanvarın 3-nə keçən gecə ABŞ Karakasa zərbələr endirib, bundan sonra Venesuela prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Silia Flores ələ keçirilib. İki gün sonra Nyu-York məhkəməsində keçirilən iclasda Nikolas Maduro və Silia Floresə narkoterrorizm, ABŞ-yə kokain tədarükü, qanunsuz silah saxlama və əlbirlik ittihamları irəli sürülüb. Onlar ittihamları qəbul etməyiblər.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Venesuela ilə bağlı planın əsas bəndlərini açıqlayıb. Həmin plana Venesuela neftinin bazar qiymətləri ilə satışı (Vaşinqton ümumilikdə 30–50 milyon barel yanacaq əldə etməyi planlaşdırır), Amerika şirkətlərinin ölkə bazarına çıxışı, eləcə də hakimiyyətin ötürülməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər