Prezident Donald Tramp ABŞ-nin Rusiya və Hindistanı itirdiyi barədə fikir bildirib.
O bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Deyəsən, biz Hindistan və Rusiyanı qaranlıq və tutqun Çinə uduzmuşuq. Onların birlikdə uzun və xoşbəxt gələcəyi olsun!” – Tramp qeyd edib.
ABŞ lideri yazısına Çində keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin fotosunu əlavə edib.
Tramp Rusiya, Hindistan və Çinə birlikdə uzun və xoşbəxt gələcək arzulayıb.