13 C
Baku
Saturday, November 23, 2024

Tramp: “ABŞ SSRİ-nin taleyini təkrarlaya bilər”

“Birləşmiş Ştatlar Sovet İttifaqının taleyini təkrarlamaq riski daşıyır, Amerika üçün əsas təhlükə indi daxildən gəlir”.

Bu fikri Vaşinqtonda çıxış edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Bəs bunun sonu harada olacaq? Çox güman ki, bitməyəcək, çünki böyük xarici təhlükələrə baxmayaraq, ölkəmiz üçün ən böyük təhlükə daxildə olan qeyri-sağlam düşüncəli və pis insanlardır”, – deyə ABŞ-ın keçmiş lideri bildirib.

O, bu sözləri Demokrat Partiyasının liderləri simasında rəqiblərinin onunla siyasi haqq-hesab çəkmək cəhdlərini şərh edərkən deyib. Respublikaçı olan Tramp bütövlükdə ABŞ-ı təhdid edən belə fiqurlardan biri kimi demokrat Nensi Pelosinin adını çəkib. Nensi Pelosi Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur və əhəmiyyətinə görə Amerika dövlət iyerarxiyasında üçüncü şəxsdir.

Bu baxımdan ABŞ-ın keçmiş prezidenti siyasi fəaliyyətlə məşğul olmağa davam edəcəyinə söz verib.

“Mən bunu Amerika üçün edirəm. <…> Çünki bunu etməsəm, millətimiz başqa bir Venesuela və ya başqa bir Sovet İttifaqına çevrilməyə məhkumdur. Biz bu istiqamətdə irəliləyirik. Yaxud da hər şeyin itirildiyi və [ən yaxşısına] ümidin olmadığı genişmiqyaslı Kubaya çevrilmək istəyirik”, – deyə Tramp vurğulayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər