18 C
Baku
Friday, October 3, 2025

Tramp: ABŞ tarif gəlirlərindən ildə 1 trilyon dollardan çox qazanacaq

ABŞ Prezidenti Donald Tramp tətbiq etdiyi idxal tariflərinin Birləşmiş Ştatlara hər il 1 trilyon dollardan çox gəlir gətirəcəyini bildirib.

Bu barədə Amerika lideri “One America News” telekanalına müsahibəsində bildirib.

“Tariflər yenicə bəhrəsini verməyə başlayır; yekun nəticədə tariflər ildə 1 trilyon dollardan çox olacaq”, – o qeyd edib.

Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının ümumi müzakirəsində çıxışında Tramp bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə riayət olunmaq şərti ilə bütün ölkələrlə ticarət etməyə hazırdır. ABŞ Prezidentinin sözlərinə görə, onun administrasiyasının əksər ölkələrə tətbiq etdiyi ticarət tarifləri qoruyucu mexanizmdir.

Son xəbərlər
Digər xəbərlər