13 C
Baku
Saturday, November 23, 2024

Tramp: ABŞ üçüncü dünya ölkəsinə çevrilir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, ABŞ “bir çox cəhətdən” üçüncü dünya ölkəsinə çevrilir. “Biz iqtisadiyyatı tənəzzülə uğrayan, tədarük zəncirləri pozulan, mağazalar yarıboş olan, təhsil sistemi hər hansı reytinqin son pillələrini tutan bir ölkəyik”, – deyə siyasətçi mühafizəkarlar qarşısında çıxışı zamanı vurğulayıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Trampın sözlərinə görə, ABŞ artıq dünyada “dinlənmir”. O əlavə edib ki, onun prezident olduğu illərdə vəziyyət kökündən fərqli olub, ona görə də respublikaçılar noyabrda, Konqresə aralıq seçkilərdən sonra mövcud vəziyyəti düzəltməyə başlamalıdırlar.

Son xəbərlər
Digər xəbərlər