ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Venesuela ilə əldə olunan neft razılaşmasından danışıb.
Tramp bunu indiyədək bağlanmış ən böyük razılaşmalardan biri adlandırıb.
“ABŞ və Venesuelanı birlikdə götürdükdə dünya neftinin 60 faizindən çoxuna sahibik. Bu, indiyədək bağlanmış ən böyük razılaşmadır”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Venesueladakı əməliyyatların ABŞ-nin Qərb yarımkürəsində Amerikaya qarşı təhdidlərin möhkəmlənməsinə imkan verməyəcəyinin sübutu olduğunu deyib. O, Vaşinqtonun həyati milli maraqlarını qorumaq üçün zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadə edəcəyini vurğulayıb.







