9 C
Baku
Tuesday, December 23, 2025

Tramp: ABŞ Venesueladan ələ keçirilmiş tankerələrin daşıdığı nefti özünə saxlayacaq

Prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahilləri yaxınlığında ələ keçirdiyi tankerələr və onlarda olan neftlə nə edəcəyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ saxlanılan nefti özündə saxlayacaq.

“Biz onu özümüzdə saxlayacağıq. Gəmiləri də saxlayırıq”, — deyə Tramp jurnalistin sualına cavab olaraq bildirib. O, hakimiyyətin nefti sata və ya strateji ehtiyatlarda istifadə edə biləcəyini istisna etməyib. “Maduro istədiyini edə bilər. Amma əgər o, sərt addımlar atarsa, bu, onun son addımı olacaq”, — deyə prezident əlavə edib.

Dekabr ayında ABŞ Venesuela sahilləri yaxınlığında üç neft tankerini ələ keçirib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem bildirib ki, ABŞ “neftin qanunsuz daşınmasının qarşısını almaqda” davam edəcək. Bundan əlavə, bir həftə əvvəl Donald Tramp sanksiyalara məruz qalan və Venesuelaya gedən və ya oradan çıxan bütün neft tankerələrinə qarşı “total blokada” tətbiq olunması barədə göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər