5 C
Baku
Wednesday, February 25, 2026

Tramp: ABŞ Venesueladan 80 milyon bareldən çox neft alıb

Prezident Donald Tramp bildirib ki, ABŞ yaxın vaxtlarda Venesueladan 80 milyon bareldən çox neft alıb. O, Karakası Amerikanın “yeni dostu və tərəfdaşı” adlandırıb.

Prezident həmçinin qeyd edib ki, ABŞ neft və qaz hasilatını artırır və bu sahədə böyük uğurlar əldə edir. Onun sözlərinə görə, hasilat gündəlik 600 min bareldən çox artıb. O, bu barədə Konqresə müraciəti zamanı danışıb.

2025-ci ilin dekabrında ABŞ Venesuelaya qarşı neft blokadası tətbiq edib. Ölkə hakimiyyəti sanksiyalardan yan keçərək nefti ixrac etməyə çalışan gəmilərin mütəmadi olaraq saxlanıldığını bildirirdi. 3 yanvar 2026-cı ildə ABŞ hərbçiləri ələ keçirilmiş Nikolas Maduronu ölkədən çıxarıb, bundan sonra Tramp yeni hakimiyyətlə razılaşaraq Venesuelanın ABŞ-yə 30–50 milyon barel neft ötürməsi barədə anlaşma əldə edib. Daha sonra ABŞ hökuməti Venesuela neftinin dünya bazarında satışına başlayıb. ABŞ Energetika Nazirliyində bildirilib ki, əldə olunan gəlirlər Vaşinqtonun qərarına əsasən Amerika və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək.

Son xəbərlər
Digər xəbərlər