Tramp administrasiyası “TikTok”un qlobal əməliyyatlarına nəzarəti “Oracle” şirkətinə və bir qrup amerikalı investora ötürmək üçün danışıqlar aparır. Müzakirə olunan plana əsasən, Çin şirkəti “ByteDance” “TikTok”da payını saxlayacaq, lakin proqramın alqoritmlərini və yeniləmələrini “Oracle” idarə edəcək.
Danışıqlarda iştirak edənlərdən biri qeyd edir ki, sövdələşmənin əsas məqsədi “TikTok” əməliyyatlarının monitorinqini və nəzarətini “Oracle”a ötürməkdir, eyni zamanda “ByteDance”in təsiri minimuma endirməkdir. Müzakirələrdə həmçinin “Microsoft” və “Walmart” da iştirak edib.
Ağ Ev və “Oracle” rəsmiləri arasında razılaşma ilə bağlı görüş gələn həftəyə planlaşdırılır. Mənbələrə görə “Oracle” “TikTok”da “on milyardlarla dollar” dəyərində pay almağa maraqlıdır.