25 C
Baku
Wednesday, September 10, 2025

Tramp Aİ-yə Çin və Hindistana qarşı rüsumları 100%-ə qaldırmağı təklif edib

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını Rusiyaya təzyiqi gücləndirmək çərçivəsində Çindən və Hindistandan idxal olunan mallara 100%-lik rüsum tətbiq etməyə çağırıb. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin müsahiblərinin sözlərinə görə, cənab Tramp bu təklifi ABŞ və Aİ-nin yüksək vəzifəli rəsmilərinin Vaşinqtonda keçirilən görüşünə videobağlantı ilə qoşularaq irəli sürüb. Həmin görüşdə Moskvaya qarşı birgə təzyiq tədbirləri müzakirə olunub.

ABŞ administrasiyasındakı mənbənin sözlərinə görə, əgər Aİ rüsumların artırılmasına razılıq versə, ABŞ Rusiyaya qarşı sanksiyalarını daha da gücləndirməyə hazırdır. Digər bir mənbəyə görə isə, Avropa İttifaqı bu addımı atacağı halda, ABŞ Çin və Hindistana qarşı da eyni rüsumları tətbiq etməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər