ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “çox mehriban zəngindən” sonra Avropa İttifaqına tariflərin tətbiqi ilə bağlı iyulun 9-dək möhlət verməyə razılaşıb.
Daha əvvəl Ursula fon der Leyen cənab Tramp ilə “yaxşı söhbət” etdiyini söyləyib və ABŞ ilə ticarət razılaşmasına nail olmaq üçün iyulun 9-na qədər vaxt lazım olduğunu qeyd edib.
Ötən həftənin sonunda Donald Tramp iyunun 1-dən Aİ-dən gələn mallara 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. O, bu qərarı Vaşinqtonun Brüssellə danışıqlarının dalana dirənməsi ilə izah edib. O, həmçinin Amerika şirkətlərinə qarşı “güclü ticarət maneələri” və “qeyri-ciddi məhkəmə iddiaları”na istinad edib.