ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərlə bağlı planlarını açıqlaya bilmədiyini bildirib.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Kampaniyanın maliyyələşdirilməsi qanunları mürəkkəb və inanılmaz dərəcədə axmaq olduğu üçün bu suala cavab verə bilmərəm. Ancaq deyə bilərəm ki, çox xoşbəxt olacaqsınız, dostlarımızın çoxu xoşbəxt olacaq”, – deyə Tramp söyləyib.
Onun sözlərinə görə, bu suala birbaşa cavab vermək çox çətindir. “İnsanlar, siz çox xoşbəxt olacaqsınız, çünki mən bu ölkəni sevirəm və baş verənləri seyr etməyə nifrət edirəm”.
Qeyd edək ki, Trampa qarşıdakı seçkilərlə bağlı planları barədə dəfələrlə suallar verilib, lakin o, heç vaxt dəqiq cavab verməyib.