12 C
Baku
Friday, March 29, 2024

Tramp “Apple” şirkətini Çindən getməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Amerikanın “Apple” şirkətini Çin Xalq Respublikasında istehsalı dayandırmağa çağırıb.

Bu barədə Report agentliyi TASS-a istinadən xəbər verir.

Ağ Ev rəhbəri Rumıniya prezidenti Klaus Yohannislə görüşdə deyib ki, onun köməyi olmadan böyük korporasiyaların problemləri ortaya çıxa bilərdi.

“Mən “Apple” kimi Amerika şirkətlərinə yardım göstərə bilərəm. Vaxt çox qısadır. Onlar hələ ki, nəyi etməlidirlər onu etməyəcəklər”, – deyə Tramp bildirib.

O, qeyd edib ki, söhbət “Çindən getməkdən” gedir.

 

Son xəbərlər
Digər xəbərlər