ABŞ prezidenti Donald Tramp bildirib ki, şirkət ABŞ-dən kənarda iPhone istehsalını dayandırmasa, ən azı 25% tariflərlə üzləşəcək.
“Mən Tim Kuka çoxdan bildirmişəm ki, iPhone-ların Hindistanda və ya başqa yerdə deyil, ABŞ-də istehsal olunmağını və yığılmağını gözləyirəm”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, ABŞ lideri həmçinin Avropa İttifaqına (Aİ) qarşı 50% rüsum tətbiq etməyi təklif edib.
“Brüssellə iş aparmaq çətindir, ticarət danışıqları heç bir nəticə vermir”, – Tramp əlavə edib.