11 C
Baku
Tuesday, April 29, 2025

Tramp avtomobil istehsalçıları üçün rüsumları yumşaldır

ABŞ prezidenti Donald Tramp avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır,  “The Wall Street Journal” məlumat yayıb. ABŞ administrasiyası həmçinin avtomobil hissələrinə tarifləri yenidən nəzərdən keçirəcək.

“WSJ”ə görə, ABŞ-dən avtomobil idxalına görə 25% rüsum ödəyən avtomobil istehsalçıları (3 aprel 2025-ci il tarixindən etibarən) polad və alüminium kimi digər tariflərə tabe olmayacaq. Eyni zamanda, əgər avtomobil istehsalçısı artıq rüsum ödəyibsə, o, kompensasiya tələb edə bilər.

Aprelin 2-də Tramp 185 ölkə məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər