ABŞ-ın keçmiş prezidenti indiki Ağ Ev sahibinin “qanuni seçilmədiyini” bəyan edib.
TASS xəbər verir ki, Birləşmiş Ştatların keçmiş prezidendi Donald Tramp Ağ Evin indiki başçısı Co Baydenin Əfqanıstandakı sitauasiyaya görə istefa verməli olduğunu bəyan edib.
“Co Bayden Əfqanıstanda yol verdiklərinə, nəhəng COVİD dalğasına, sərhəddəki faciəyə, enerji müstəqilliyimizi zədələdiyinə və zərər görən iqtisadiyyatımıza görə rüsvayçı şəkildə istefaya getməlidir. Bu, böyük bir şey olmayacaq, çünki o, qanuni seçilməyib”, – Trampın respublikaçı nümayəndəsi Liz Harrinqtonun bazar günü “Twitter”də yaydığı bəyanatda deyilir.
Aprelin 14-də Bayden Əfqanıstanda əməliyyatı yekunlaşdırmaq haqqında qərarını elan edib. Bu, Amerika tarixində ən uzunmüddətli hərbi kampaniya idi. “Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, “Taliban” yaraqlıları bazara günü döyüşsüz Kabilə daxil olublar və hökümət qüvvələrinin qoyub getdiyi dövlət müəssisələrini tutublar. Prezident Əşrəf Qəni ölkəni tərk edib. Az sonra taliblər Əfqanıstan paytaxtının bütün rayonlarını nəzarətə alıblar.