13 C
Baku
Thursday, May 16, 2024

Tramp Baydenin 2024-cü il seçkilərində yenidən seçilmək imkanından şübhə edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ administrasiyasının hazırkı rəhbəri Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyinə şübhə edib.

Bu barədə D.Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən də sizin kimi onu izləyirəm. Bunu demək mənim üçün yəqin ki, yersizdir, amma bunun necə mümkün olacağını anlamıram”, – deyə D.Tramp 80 yaşlı C.Baydenin “NBC” telekanalında növbəti seçkilərdə iştirak etmək niyyətində olduğunu deməsinə münasibət bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər