ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, vəzifəyə başlayan kimi hazırkı ölkə lideri Co Bayden administrasiyası tərəfindən ABŞ sahillərində neft və qaz hasilatına qoyulan qadağanı dərhal aradan qaldıracaq.
“Şelfdə neft hasilatına qadağa tətbiq edilməyəcək. Onu dərhal ləğv edəcəm. Əksinə, bir çox yerdə mədən hasilatına başlayacağıq ki, nəticədə enerjinin dəyəri əhəmiyyətli dərəcədə azalacaq”, – deyə Tramp söyləyib.
Xatırladaq ki, Bayden yanvarın 6-da Atlantik və Sakit Okeanların bəzi hissələrində dənizdə neft və qaz işlənməsini qadağan edən sərəncam imzalayıb.
Sənəd 625 milyon akr Amerika sularında yeni neft və qaz lisenziyalarının verilməsini qadağan edəcək. Qadağa neft şirkətlərinin Meksikanın şərq körfəzi, Vaşinqton, Oreqon və Kaliforniya sahilləri, eləcə də Alyaskanın Şimali Berinq dənizi boyunca yeni hasilat üçün suların icarəyə verilməsinin qarşısını alacaq.